Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-08-2024 , 17:47

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

“Vətəndaş cəmiyyəti uğrunda” Seçki Müşahidə Koalisiyası parlament seçkilərini müşahidə edəcək


Koalisiya 500 nəfər müşahidəçi ilə 75 seçki dairəsində müşahidə aparacaq


“Vətəndaş cəmiyyəti uğrunda” Seçki Müşahidə Koalisiyası sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin müşahidəsini həyata keçirəcək. Koalisiya “Bələdiyyələrin fəaliyyətinin təbliği” İB, Hüquqi Təhlil və Araşdırmalar İB, “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İB tərəfindən yaradılıb.

“Vətəndaş cəmiyyəti uğrunda” Seçki Müşahidə Koalisiyasının məqsədi seçki prosesində şəffaflığın, hesabatlılığın, inklyuzivliyin təmin edilməsi, namizədlərin qeydiyyatı, təşviqat kampaniyasının aparılması, səsvermə günü səslərin hesablanması və şikayətlərə baxılması, seçki administrasiyasının fəaliyyəti, seçki mühiti və beynəlxalq standartlar və qabaqcıl təcrübənin nəzərə alınması məsələləri ilə əlaqədar bütün maraqlı tərəfləri müstəqil, obektiv qiymətləndirmə ilə təmin etməkdir.

Koalisiya səsvermə günü 500 nəfər müşahidəçi ilə 75 seçki dairəsində müşahidəni təşkil edəcək. Artıq Koslisiya tərəfindən müəyyən edilmiş müşahidəni aparacaq şəxslər bütün ölkə üzrə müşahidə hüququ əldə etmək üçün Mərkəzi Seçki Komissiyasına müraciət edirlər. Müşahidəçi kimi qeydə alınmış şəxslərə müşahidə aparılması qaydaları, onların hüquqları və vəzifələri, seçki qanunvericiliyinin pozulmasına görə məsuliyyət və qanunvericilikdə əskini tapan digər məsələlərlə bağlı onlayn təlim keçiriləcək.

Kolisiya seçki marafonunda iştirak edən siyasi partiyalar, ayrı-ayrı namizədlər, seçki administrasiyası, habelə seçkilərin monitorinqinii həyata keçirən beynəlxalq təşkilatların nümayəndələri, ixtisaslaşmış QHT-lər ilə görüşlər keçirəcək. Koalisiya aralıq və yekun hesabatlar hazırlayaraq ictimaiyyətə və beynəlxalq təşkilatlara təqdim edəcək. Koalisiya sosial şəbəkələr, KİV, brifinqlər vasitəsilə mütəmadi məlumat və açıqlamalar yaymaqla ictimaiyyəti çevik məlumatlandıracaq.

Koalisiya seçki marafonunda iştirak edən siyasi partiyalar və namizədləri, həmçinin monitorinq və müşahidə fəaliyyətini həyata keçirilən yerli və beynəlxalq təşkilatları, media subyektlərini əməkdaşlığa dəvət edir.

Seçki prosesi ilə əlaqədar müraciətlər, təkliflər, şikayətlər vcukoalisiya@gmail.com elektron poçt ünvanı vasitəsilə qəbul edilir.

Həmçinin, Koalisiyanın bu Feysbuk profili vasitəsilə əlavə məlumat əldə edə və əlaqə yarada bilərsiniz.


Əlavə məlumat almaq üçün əlaqə vasitələri:

Zaur İbrahimli

E-mail: vcukoalisiya@gmail.com

Tel: (012) 5954915

Votsap: (+99450) 3164694

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Fərid Əhmədova 2 yeni müavin təyin edildi

Gündəlik Xəbərlər
09-09-2024

Qax bələdiyyələri: faktlar və rəqəmlərdə

Gündəlik Xəbərlər
06-08-2024